ABŞ və İran arasında gizli danışıqlar: Generalın ölümündən bir neçə saat sonra

  • Space TV
  • 11 Yanvar 2020 11:05

ABŞ və İran arasında İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə gizli danışıqlar aparılıb.

“The Wall Street Journal” bu barədə yüksəkçinli ABŞ məmurlarına istinadən informasiya yayıb.

Məlumata görə, tərəflər arasında ilk əlaqə general Qasım Süleymaninin Bağdad hava limanında ABŞ qüvvələrinin əməliyyatı nəticəsində öldürülməsindən cəmi bir neçə saat sonra baş tutub.

Həmin vaxt ABŞ İran təmsilçilərindən gərginliyin artmasına imkan verməməyi istəyib. Səfirlik vasitəsilə İran tərəfi də öz mövqeyini ortaya qoyub.

İsverçə səfirliydən əlaqənin faks vasitəsilə qurulduğu və faksları qəbul edən cihazın, sadəcə, məhdud şəxslər tərəfindən əlçatan olduğu qeyd edilib. Faks qəbul edildikdən sonra tərəflərin diplomatlarına təqdim olunub.

Paylaş

 Xəbəriniz olsun