ABŞ tarixində bir ilk gözlənilir

  • Space TV
  • 18 Dekabr 2020 16:15

ABŞ tarixində ilk dəfə yeri sakinlər olan hinduların nümayəndəsi, 60 yaşlı Deb Halland daxili işlər naziri ola bilər.

Spacetv.az “dw”yə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilən prezidenti Cozef Bayden onun adını bu vəzifəyə namizədlər arasında çəkib.

Deb Halland hinduların Laqun Pueblo qəbiləsindəndir. Onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir. O, ABŞ-ın yerli xalqlarının problemləri ilə məğul olur. 2011-ci ilin məlumatına əsasən, ABŞ-da 3 milyondan çox hindu, 562 qəbilə yaşayır.

D.Halland dekabrın 17-də tvitter hesabında ABŞ prezidenti Donald Trampı prezidentliyi dövründə hindulara verdiyi vədləri yerinə yetirməməkdə ittiham edib.

Paylaş

 Xəbəriniz olsun