ABŞ senatında Uyğur türkləri ilə bağlı qanun qəbul edildi

  • SpaceTV
  • 15 May 2020 09:51

ABŞ Senatında Çindəki Uyğun türkləri ilə bağlı qanun səsverməyə çıxarılıb və qəbul edilib.

SPACE TV xəbər verir ki, qanun Respublikaçı senator Marko Rubio tərəfindən Senata təqdim edilib. Qanunda ABŞ prezidenti Donald Tramp hökümətinə Uyğur türklərinə və digər müsəlman azlıqlara edilən təzyiq və şiddətə görə məsuliyyət daşıyan bəzi Çinli şəxslərə sanksiya tətbiq etmək çağırışı edilir.

Eyni zamanda qanunda ABŞ Xarici İşlər Nazirliyinin bölgədəki insan hüquqlarının pozulmasına dair bir hesabat hazırlaması tələb edilir. Qanun qəbul edilməsi üçün Donald Trampın təsdiqini gözləyir.

Paylaş

 Xəbəriniz olsun