ABŞ S-400-lərə görə Türkiyəyə sanksiya tətbiq edib

  • Space TV
  • 15 Dekabr 2020 09:31

ABŞ Dövlət Departamenti Rusiya istehsalı S-400 komplekslərinin alınmasına görə Türkiyəyə sanksiya tətbiq edildiyini açıqlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Türkiyəli məmurlara qarşı S-400 zenit raket komplekslərinin alınmasına görə sanksiyalar əslində Türkiyəyə deyil, Rusiyaya qarşı yönəlib”, – deyə Dövlət Departamentindən bildirilib.

Qeyd edək ki, ABŞ Türkiyənin Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmail Demir, həmçinin daha üç türkiyəli məmura S-400 zenit raket komplekslərinin alınmasına görə sanksiya tətbiq edib.

Paylaş

 Xəbəriniz olsun