ABŞ səfirliyi ermənilərə viza verilməsini dayandırıb

  • Space TV
  • 8 Yanvar 2020 13:05

Ermənistan paytaxtındakı ABŞ səfirliyi viza verilməsini dayandırıb.

SPACE TV  Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfirlik bunu təhlükəsizlik məqsədi ilə etdiyini açıqlayıb.

“Yaxın Şərqdəki son olaylarla bağlı ABŞ-ın Yerevandakı səfirliyi bir sıra viza xidmətlərinin göstərilməsini dayandırır”-deyə açıqlamada vurğulanıb.

Bundan başqa, səfirliyin girişində də təhlükəsizlik tədbirləri gücləndirilib. Bundan sonra, heç kəs əl yükü ilə səfirliyə daxil ola bilməz.

Paylaş

 Xəbəriniz olsun