ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək

  • SpaceTV
  • 23 Yanvar 2020 12:32

ABŞ Prezidenti Donald Tramp ölkə tarixində abort əleyhdarlarının yürüşündə iştirak edən ilk dövlət başçısı olacaq. 

Life.ru-nun məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişam “Twitter” səhifəsində məlumat verib.

“Prezident Donald Tramp “Həyat üçün Marş”ı ziyarət edən ilk ABŞ prezidenti olacaq”, – deyə məlumatda bildirilir.

Trampın özü də mitinqdə iştirakını şərh edib.

“Cümə günü görüşərik”, – deyə mikrobloqunda yazıb və “Həyat üçün Marş” səhifəsinə əlavə edib.

Paylaş

 Xəbəriniz olsun