ABŞ prezidenti terrorla mübarizədə Avropa ölkələrinə dəstək verəcəyini bəyan etdi

  • Space TV
  • 3 Noyabr 2020 11:35

Spacetv.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avstriyanın paytaxtı Vyanada baş verən silahlı atışma ilə əlaqədar olaraq mülki vətəndaşlara qarşı hücumların dayandırılmasını, Vaşinqtonun terrorçularla mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəklədiyini söyləyib.

“Dualarımız növbəti alçaq terrora məruz qalan Vyana sakinləri üçündür. Günahsız insanlara edilən bu hücumlar dayandırılmalıdır. ABŞ radikal İslam terrorçuları da daxil olmaqla terrorçularla mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəkləyir”, – deyə D.Tramp öz “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bu gecə Vyanada baş verən terror aktı zamanı biri terrorçu olmaqla dörd nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Paylaş

 Xəbəriniz olsun