ABŞ peyvəndlərə olan kəskin allergiyanın səbəblərini araşdırır

  • Space TV
  • 22 Dekabr 2020 13:27

ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutu (NIAID) 2021-ci ilin əvvəllərində “Pfizer” və “BioNTech” tərəfindən hazırlanan koronavirus peyvəndi ilə əlaqədar bəzi insanlarda kəskin allergik reaksiya səbəblərini araşdırmağa başlayacaq.

Spacetv.az xəbər verir ki, bu barədə CNBC xəbər yayır.

Tədqiqat eyni zamanda ABŞ-da istifadəsi təsdiqlənmiş “Moderna” peyvəndinə də təsir edə bilər.

Bildirilir ki, hazırda kəskin allergik reaksiya keçirmiş bir neçə yüz insanın iştirak edəcəyi ilkin araşdırma aparılır.

Allergiya, astma və tənəffüs yollarının biologiya şöbəsinin müdiri Elkis Togias deyib ki, “Yalnızca peyvəndlərə deyil, bir çox şeyə bənzər reaksiya göstərən alergik insanların artıq peyvənd edilməkdən qorxa biləcəyi bizi bir qədər narahat edir”.

Keçən həftə ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş peyvəndə qarşı beş kəskin allergik reaksiyanın olduğu bildirilmişdi.

Mütəxəssislər hesab edirlər ki, hər iki peyvənddə olan polietilen qlikol adlı kimyəvi maddə allergiyaya səbəb ola bilər.

Paylaş

 Xəbəriniz olsun