ABŞ ordusunda hicab və saqqal qadağası götürüldü

  • SpaceTV
  • 14 Fevral 2020 16:22

ABŞ Hərbi Hava Qüvvələrində hicab və saqqal saxlamaq bundan sonra sərbəst olacaq.

SPACE TV”cnn.com”a istinadən xəbər verir ki, ordudakı dini müxtəliflilik şərtlərini dəstəkləmək üçün müsəlmanların saqqal saxlamasına, hicab geyinməsinə dair qaydalar yenilənib. “Sadə və göstərişsiz” olmaq şərti ilə dini geyimlərə icazə veriləcək.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri əvvəlki illərdə bəzi əsgərlərin saqqal saxlamasına icazə vermişdi. Əbdül Rəhman Qaitan adlı çavuş 2018-ci ildə saqqal saxlayan ilk müsəlman olmuşdu.

Paylaş

 Xəbəriniz olsun