ABŞ ordusu: “Koronavirusun vaksinin sınaqları…”

  • Space TV
  • 7 Mart 2020 10:19

Yeni koronavirusa (Covid-19) qarşı ABŞ Quru Qoşunları Komandanlığı laboratoriyaları fəaliyyətə başlayıb.

SPACE TV xəbər verir ki, səhiyyə sistemi yüksək inkişaf etmiş dünyanın bir çox ölkələrində koronavirus epidemiyası ilə əlaqədar peyvənd araşdırmaları davam edir.

ABŞ Müdafiə Nazirliyi, ABŞ hərbi qüvvələrində yayılmasının qarşısını almaq üçün, eləcə də müəyyən təlimlərin dayandırılması üçün bir sıra tədbirlər görür. Peyvənd işləri ilə əlaqədar bir açıqlama verən Quru Qoşunları Tibbi Elmi-Tədqiqat Komandiri Briqada generalı Maykl Talley yeni bir vaksinin üzərində işlədiklərini deyib.

Peyvəndlər ən qısa müddətdə insanlar üzərində sınaq üçün hazır olacaq.

Quru Qoşunları Xəstəlikləri Araşdırma İnstitutunun direktoru Kavyon Modjarrad, açıqlamasında bildirib ki, siçanlarda peyvənd testlərinin ilk mərhələsinin sınağı başlanılıb.

Modjarrad, ikinci mərhələdə, testlərin insan anatomiyasına yaxın heyvanlarda, o cümlədən meymunlarda aparılacağını bildirib.

O əlavə edib ki, insanlara testlərin nə vaxt ediləcəyinin dəqiq vaxtı müəyyən olunmayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 238-ə çatıb. Bunların 57 623 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Paylaş

 Xəbəriniz olsun