ABŞ mediasından ŞOK İDDİA: İranda virusdan ölənlər toplu halda basdırılır?

  • Space TV
  • 13 Mart 2020 15:24

ABŞ-ın “Vaşinqton Post” qəzeti İranın Qum şəhərində koronavirus səbəbindən ölənlərin dəfn edildiyi toplu məzarlara aid olduğunu iddia etdiyi peyk görüntülərini yayımlayıb.

SPACE TV xəbər verir ki, görüntülər ölkədə ölü sayının açıqlanandan daha çox olduğu iddialarını gücləndirib. “Vaşiqton Post”un verdiyi xəbərdə bildirilib ki, sözügedən ərazi 2019-cu ilin oktyabrında boş olub, fevralın 21-dən sonra isə ərazidə məzarlar qazılmağa başlanıb və ölənlər toplu halda burada basdırılır.

Uzunluğu 92 metr olan çuxurların hətta peykdən göründüyü vurğulanan xəbərdə bunun bir futbol meydançası böyüklüyündə olduğu qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun