ABŞ mətbuatında Qarabağ münaqişəsi…

  • SpaceTV
  • 20 May 2020 17:39

AZƏRBAYCANIN BIRLƏŞMIŞ ŞTATLARDAKI SƏFIRIELIN SÜLEYMANOVUN “PANDEMIYA DAĞLIQ QARABAĞ REGIONUNDA HƏLLI UZANAN ERMƏNISTAN-AZƏRBAYCAN MÜNAQIŞƏSINƏ IŞIQ SALIR” SƏRLÖVHƏLI MƏQALƏSI “VAŞINQTON TAYMS” QƏZETINDƏ IŞIQ ÜZÜ GÖRÜB. MƏQALƏDƏ AZƏRBAYCANDA APARILAN ISLAHATLAR BARƏDƏ MƏLUMAT VERILIB VƏ ERMƏNISTAN XARICI SIYASƏTINDƏ BAŞ VERƏN ÇAŞQINLIQLAR TƏHLIL EDILIB. KORONAVIRUS PANDEMIYASININ INSANLARIN SAĞLAMLIĞINA VƏ DÖVLƏTLƏRIN IQTISADIYYATINA ZIYAN VURMASI FONUNDA BEYNƏLXALQ INSTITUTLAR VƏ SIYASƏTƏ DAIR BIR SIRA STEREOTIPLƏRI SINDIRMASINDAN, DÜNYADA STATUS-KVONUN DƏYIŞMƏSINDƏN BƏHS EDILIR. YAZIDA ÖLKƏMIZDƏ APARILAN ISLAHATLARDAN DA BƏHS OLUNUB, LAKIN ƏSAS MÖVZU DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSININ HƏLL OLUNMASIDIR. ABŞ-DAKI SƏFIRIMIZ ERMƏNILƏRIN MADRID PRINSIPLƏRINƏ QARŞI ÇIXDIĞINI DA QEYD EDIB, HALBUKI MÜNAQİŞƏNİN HƏLL OLUNMASI VƏ GƏLƏCƏK SÜLH RAZILAŞMASINI ƏHATƏ EDƏN PRINSIPLƏRI HƏMSƏDR ÖLKƏLƏRIN PREZIDENTLƏRI DƏ TƏSDIQLƏYIB. SƏFIRIMIZ HAQLI OLARAQ YAZIDA QEYD EDIR KI, “DANIŞIQLARIN BAŞQA FORMATININ OLMADIĞI DÖVRDƏ PRINSIPLƏRIN TƏKZIB EDILMƏSI, ÜMUMILIKDƏ, SÜLH DANIŞIQLARINDAN IMTINA ETMƏK ANLAMINA GƏLIR”. MƏQALƏDƏ BMT QƏTNAMƏLƏRININ ICRASI, ERMƏNISTANIN IŞĞALA GÖRƏ ÖZÜNÜ INKIŞAF VƏ MÜXTƏLIF ƏMƏDAŞLIQLARDAN TƏCRID ETMƏSI KIMI MƏQAMLAR DA YER ALIB. DIPLOMATIMIZ MƏCBURI KÖÇKÜNLƏRIN ERMƏNILƏRLƏ YANAŞI YAŞAMAĞA HAZIR OLDUQLARINI DA XATIRLADARAQ, ERMƏNI LIDERLƏRIN SÜLH BARƏDƏ DÜŞÜNMƏLI OLDUĞUNU VURĞULAYIB. HAZIRDA ERMƏNISTAN VƏ AZƏRBAYCAN ARASINDA CƏBHƏDƏ ATƏŞKƏS REJIMI OLSA DA, INFORMASIYA MÜHARIBƏSI DAVAM EDIR. BU DÖNƏMDƏ DIGƏR ÖLKƏLƏRDƏKI SƏFIRLƏRIMIZ DƏ ELIN SÜLEYMANOV KIMI VAXTAŞIRI AZƏRBAYCAN HƏQIQƏTLƏRINI DÜNYA ICTIMAIYYƏTININ DIQQƏTINƏ ÇATDIRMALIDIR. LAKIN YAZI MÜƏLLIFLƏRININ ÖZLƏRI DƏ DIQQƏTLI OLMALIDIRLAR. NÜMUJNƏ ÜÇÜN BU YAZININ ORIJINAL BAŞLIĞINDA ERMƏNISTAN-AZƏRBAYCAN YOX, AZƏRBAYCAN-ERMƏNISTAN, DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSI YAZILIB. MÜNAQIŞƏ TƏRƏFLƏRININ ARDICILLIĞI ƏHƏMIYYƏTLI NÜANSDIR. BELƏ KI, ILK YAZILAN ÖLKƏ MÜNAQİŞƏNİ BAŞLADAN TƏRƏF ANLAMINI VERIR. İNDI AMERIKALI OXUCULAR YAZI ILƏ TANIŞ OLANDA NƏ FIKIRLƏŞƏCƏKLƏR? MƏN HƏLƏ INFORMASIYA MÜHARIBƏSINDƏ ZƏIF OLMAYAN ERMƏNILƏRDƏN DANIŞMIRAM. DÜNƏN RƏSULZADƏNIN NƏ VAXTSA ALMANIYADA OLDUĞUNU EŞIDIB, ONU HITLERLƏ ƏMƏKDAŞLIQDA ŞƏRLƏYƏNLƏR BU GÜN BU CÜR ELEMENTAR, AMMA BÖYÜK MAHIYYƏT KƏSB EDƏN YANLIŞLIQLARI GÖRSƏLƏR NƏ EDƏCƏKLƏR?! BIZƏ QARŞI SILAH KIMI ISTIFADƏ ETMƏYƏCƏKLƏRMI, NÖVBƏTI CƏFƏNGIYYATLARINA START VERMƏYƏCƏKLƏRMI? ONSUZ DA IŞĞALÇILARIN SILAHI DA, TƏŞVİQATI DA BIZƏ TUŞLANIB.

ANAR RƏHIMOV  SPACE TV

Paylaş

 Xəbəriniz olsun