ABŞ Kapitolinin təmirinə 30 milyon dollardan çox pul xərcləyəcək

  • Space TV
  • 25 Fevral 2021 15:19

Yanvarın 6-da olan hücumdan sonra ABŞ Konqresinin binasının təmirinə 30 milyon dollardan çox vəsait sərf olunacaq.

Bu barədə “CBS News” Kapitolinin memarı Brett Blentona istinadən məlumat verib.

“Heykəllər, freskalar, tarixi skamyalar və.s – hər şey zərər görüb”, – deyə memar bildirib.   

B.Blenton həmçinin təmir üçün tələb olunan vəsaitin arta biləcəyini də qeyd edib. 

Paylaş

 Xəbəriniz olsun