“ABŞ istədi ki, Türkiyəyə şifrəsi asan qırılan cihazlar sataq” – Şirkət işçisindən ŞOK AÇIQLAMA

  • SpaceTV
  • 18 Fevral 2020 15:53

ABŞ və Almaniya kəşfiyyatının bütün dünyaya şifrəli rabitə cihazı satan “Crypto AG” şirkətini satın aldığı ortaya çıxandan sonra, indi də “Philips” şirkətinin keçmiş işçisi kriptoloq Ces Yansen Türkiyəyə qırılması asan şifrələmə cihazı satdıqlarını deyib.

SPACE TV “Daily Sabah”a istinadən xəbər verir ki, Yansen şifrəsinin qırılmasını asanlaşdırdıqları cihazın “Aroflex” adlı bir faks cihazının olduğunu bildirib. Bu cihaz 1976-1982-ci illərdə NATO üzvləri arasında təhlükəsiz rabitə üçün istifadə edilirdi. Türkiyə höküməti isə öz səfirlikləri ilə əlaqə qurmaq üçün bu cihazdan almaq istəyib. Ces Yansen bildirib ki, NASA cihazı qırılması asanlaşdırılmış olaraq Türkiyəyə satmaq istəyib. Almaniya isə bu məsələdə iş birliyini rədd edib

Bundan sonra isə ABŞ Hollandiya kəşfiyyatı və holand şirkəti “Philips” ilə danışıqlar aparıb. “Aroflex”i istehsal edən “Philips” və “Siemens” şirkətləri bu cihazın başqa növünü də istehsal edirdi ki, bu da “Beroflex” adlanırdı. Məhz həmin cihazın şifrəsini qırmaq orjinal “Aroflex”ə görə daha asan idi.

Ces Yansen bildirir ki, Türkiyəyə birbaşa “Beroflex” satsaydılar hökümət bundan şübhələnə bilərdi. Buna görə də, “Aroflex” kimi görünən, əslində isə “Beroflex” olan cihaz istehsal ediblər.

Paylaş

 Xəbəriniz olsun