ABŞ İrandan Venesuelaya yanacaq daşıyan tankerləri ələ keçirdi

  • Space TV
  • 14 Avqust 2020 11:24

ABŞ hökuməti İrandan Venesuelaya yanacaq daşıyan dörd tankerin yüklərini müsadirə edib.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Mənbə yazır ki, D.Tramp administrasiyası ilk dəfədir İrandan yanacaq daşıyan tankerlərin yüklərini müsadirə edir.

Söhbət “Bella”, “Berinq”, “Pandi” və “Luna” tankerlərindən gedir.

Ələ keçirilən tankerlərin ABŞ-ın Hyuston şəhərinə doğru hərəkət etdiyi bildirilir.

Qeyd olunur ki, gəmilər hərbi güc tətbiq edilmədən nəzarət altına alınıb.

Paylaş

 Xəbəriniz olsun