ABŞ İrana yeni sanksiyalar tətbiq edib: “Süleymani çoxdan öldürülməliydi”

  • Space TV
  • 10 Yanvar 2020 10:20

“Ağ Ev”də təşkil edilən bir tədbirdə danışan ABŞ prezidenti Donald Tramp İranla yaşanan gərginliyə dair açıqlamalar verib.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, İran generalı Qasim Süleymanini ortadan qaldırmaqda haqlı olduqlarını müdafiə edən Tramp onun daha öncə öldürülməli olduğunu bildirib.

“O çox çox əvvəl öldürülməliydi. Obama hökümətinin səhvləri ilə İran rejimi iqtisadi olaraq güc əldə etdi və bu pulları terrorun maliyyələşdirilməsinə xərclədi. Biz isə buna son verdik”.

Tramp həmçinin İrana qarşı yeni sanksiyaların gətirildiyini və yaxın müddətdə ABŞ maliyyə Nazirliyinin bunları açıqlayacağını qeyd edib.

Paylaş

 Xəbəriniz olsun