ABŞ İrana qarşı sanksiya siyahılarını genişləndirib

  • Space TV
  • 11 Yanvar 2020 10:06

ABŞ Maliyyə Nazirliyi İranın 17 polad istehsalçısı və dağ-mədən şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

SPACE TV “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

S.Mnuçinin sözlərinə görə, sanksiyalar həmçinin 8 iranlı yüksəkvəzifəli şəxslərə də qarşı tətbiq edilib: “Biz vəziyyəti gərginləşdirməkdə və çərşənbə axşamı ballistik raket hücumunda iştirak edən 8 iranlı yüksək vəzifəli şəxsə qarşı tədbirlər görürük”.

Paylaş

 Xəbəriniz olsun