ABŞ-ın üç ştatı meşə yanğınlarının cəngində: Ölənlər var

  • Space TV
  • 10 Sentyabr 2020 11:12

ABŞ-ın üç ştatında – Kaliforniya, Oreqon və Vaşinqtonda meşə yanğınları səbəbilə son 24 saat ərzində altı nəfər həlak olub.

Spacetv.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Vaşinqtonda meşə yanğınları nəticəsində bir nəfər, Oreqonda isə azyaşlı uşaq və nənəsi ölüb. Kaliforniyada yanğınlar üç nəfərin həyatına son qoyub. Kaliforniyada hadisə nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Xatırladaq ki, bu il meşə yanğınlarının ümumi sahəsi 1 milyon 375 min hektar ərazini əhatə edib. 

Paylaş

 Xəbəriniz olsun