ABŞ-ın iki ştatında maska taxmaq məcburiyyəti ləğv edilir

  • Space TV
  • 4 Mart 2021 13:26

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot və onun Missisipidən olan həmkarı Teyt Rivz tibb işçilərinin xəbərdarlığına baxmayaraq maska taxmaq məcburiyyətini ləğv ediblər.

Kp.ru xəbər verir ki, Ebbot martın 10-dan etibarən koronavirusa qarşı tətbiq olunan digər qadağaların da ləğv ediləcəyini deyib:

“Həddindən çox insan iş imkanlarını itirib. Çox sayda kiçik sahibkar borclarını ödəməkdə çətinlik çəkdi. Buna son qoyulmalıdır. Texası 100 % açmağın vaxtı gəldi”.

Mississippi qubernatoru da ştatda maska ​​taxmaq məcburiyyətinin ləğv edildiyini açıqlayıb və yeni fərmanların tezliklə qüvvəyə minəcəyini, biznesin tam olaraq açılacağını vəd edib.

Paylaş

 Xəbəriniz olsun