ABŞ-ın büdcə kəsiri bir ayda iki dəfə artıb

  • Space TV
  • 13 Noyabr 2020 14:32

Oktyabr ayında ABŞ dövlət büdcəsi kəsiri 284 milyard 071 milyon dollara çatıb ki, bu da keçən ilin eyni ayına olan göstəricidən (134 milyard 467 milyon dollar) iki dəfə çoxdur.

Spacetv.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, büdcə gəlirləri 3,2 faiz azalaraq, 237 milyard 698 milyon dollar, vergi gəlirləri isə 3 faiz azalaraq, 238 milyard dollar təşkil edib.

Eyni zamanda, xərclər 37,3 faiz artaraq, 521 milyard 769 milyon dollara qalxıb.

Paylaş

 Xəbəriniz olsun