ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi

  • Space TV
  • 7 Yanvar 2021 10:49

ABŞ-ın birinci xanımı Melanya Trampın aparatının rəhbəri Stefani Qrişem çərşənbə günü Vaşinqtonda qarışıqlıqları nəzərə alaraq vəzifəsindən istefa verib.

Spacetv.az xəbər verir ki, bu barədə CNN telekanalı bildirib.

Məlumata görə, Qrişem bildirib ki, öz vəzifəsini dərhal tərk etmək niyyətindədir. Daha əvvəl o, Ağ Evin mətbuat katibi, həmçinin Ağ Ev Aparatında kommunikasiyalar üzrə direktor olub.

Çərşənbə günü ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları Konqresinin binasına hücum etməyə çalışıblar. Onlar sonda binanın içinə girməyə nail olublar. Qanunverici orqanın nümayəndələri təhlükəsiz yerlərə təxliyə edilib.

Son məlumatlara görə, toqquşmalar zamanı etirazçılardan biri həlak olub, daha dörd nəfər yaralanıb. Ölən şəxs qadındır. ABŞ polisi azı 20 nəfəri qarışıqlıqlar yaratmaq ittihamı ilə saxlayıb.

Paylaş

 Xəbəriniz olsun