ABŞ-ın bir ştatı Trampa görə, “Facebook” və “Twitter”i blokladı – FOTO

  • Space TV
  • 12 Yanvar 2021 14:22

ABŞ-ın Aydaho ştatında “Your T1 WIFI” internet provayderi ABŞ Prezidenti Donald Trampın hesabları bağlandıqdan sonra “Facebook” və “Twitter” sosial şəbəkələrini bloklayıb.

Bu barədə yerli “Krem” telekanalı xəbər yerib.

Şirkət nümayəndələri bir sosial şəbəkənin və ya veb-saytın istifadəçilərinin paylaşım məzmununa senzura etmək hüququnun olmadığını bildirib. Bu səbəbdən onlar hər iki saytı bloklamağa qərar veriblər.

Paylaş

 Xəbəriniz olsun