ABŞ-ın Bağdaddakı Səfirliyi konsulluq işini dayandırıb

  • Space TV
  • 2 Yanvar 2020 13:36

ABŞ-ın İraqdakı Səfirliyi diplomatik korpusun divarları yaxınlığında keçirilən etiraz aksiyaları səbəbindən dekabrın 31-dən konsulluq işini dayandırması və tədbirlərin ləğv edilməsi barədə bildirib.

Bu barədə  SPACE TV TASS-a istinadən xəbər verir.

“ABŞ səfirliyi kompleksə hücumlara görə bütün ictimai konsul əməliyyatlarını sonrakı bildirişə qədər dayandırıb. Bütün təyin edilmiş görüşlər ləğv olunur”, – deyə səfirliyin çərşənbə günü yayılmış bəyanatında qeyd edilir.

ABŞ diplomatik missiyası Birləşmiş Ştatların vətəndaşlarına səfirlik ərazisinə yaxınlaşmamağı, regionda baş verən hadisələr barədə yerli və beynəlxalq KİV-də dərc edilən məlumatları izləməyi məsləhət görüb. Qeyd edilir ki, ABŞ vətəndaşları vizalar və başqa məsələlərlə bağlı Birləşmiş Ştatların Ərbildəkı Baş Konsulluğuna müraciət edə bilərlər.

Paylaş

 Xəbəriniz olsun