ABŞ-ın Bağdaddakı səfirliyi atəşə tutulub

  • Space TV
  • 6 Yanvar 2020 10:30

ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığında yerləşən evə raket mərmisi düşüb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Al Jazeera”nin yaydığı xəbərə görə isə, Bağdadın mərkəzində, hökumət binalarının və ABŞ səfirliyinin yerləşdiyi “Yaşıl zona” “Katyuşa” tipli minaatanlardan atəşə tutulub. Bildilir ki, əsl hədəf ABŞ-ın səfirlik binası olub.

İlkin məlumatlara görə, dinc sakinlər arasında xəsarət alanlar var. Ən azı bir ailənin xəsarət aldığı dəqiqdir. 

Paylaş

 Xəbəriniz olsun