ABŞ-ın 100 milyon dollar ayırdığı şirkət koronavirusun peyvəndini tapdı – SON DƏQİQƏ

  • Space TV
  • 13 Mart 2020 17:01

ABŞ Müdafiə Nazirliyi Pentaqon tərəfindən maddi cəhətdən dəstəklənən Kanada şirkəti “Medicago” koronavirusun peyvəndini tapdıqlarını elan edib.

SPACE TV  xəbər verir ki, peyvənd Amerika Dərman və Qida İdarəsi (FDA) tərəfindən təsdiqlənərsə, ayda 10 milyon insan üçün peyvəndi istehsal etmək mümkün olacaq. Şirkət peyvəndi 20 gün içində əldə etdiklərini açıqlayıb.

Qeyd edək ki, bu məqsədlə Pentaqonun “Medicago” firmasına 100 milyon dollar pul ayırdığı bildirilmişdi. Bu pulun əksər hissəsi şirkətin Şimali Korolinadakı yeni laboratoriyasının tikintisi üçün istifadə edilmişdi. Peyvəndin də məhz burada tapıldığı qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun