ABŞ hərbi gəmisində yanğın olub, azı 21 nəfər yaralanıb

  • SpaceTV
  • 13 İyul 2020 09:47

ABŞ donanmasına aid “USS Bonhomme Richard” adlı hərbi gəmidə böyük miqyaslı yanğın baş verib.

space tv xəbər verir ki, yanğın nəticəsində ən azı 21 nəfərin yaralandığı bildirilib. Gəminin yanğın zamanı Kaliforniya əyalətindəki San-Dieqo hərbi limanında olan 1000 nəfərlik gəmidə həftəsonu səbəbindən sadəcə 160 nəfər olub. Yüngül yaralanan 4 sivil ilə 17 heyət üzvünün xəstəxanaya aparıldığı ifadə edilib. Yanğının səbəbi isə hələ məlum deyil.

Qeyd edək ki, sözügedən gəmi “Hərbi gəmi” (2012) və “Cəsarət addımı” adlı iki Hollivud filmində yer alıb.

Paylaş

 Xəbəriniz olsun