ABŞ hərbçilərinə “TikTok”-dan istifadə qadağan edildi

  • Space TV
  • 31 Dekabr 2019 14:25

Amerikalı hərbçilərə “TikTok” sosial şəbəkə tətbiqindən istifadə qadağan edilib.

SPACE TV  bildirir ki, ABŞ hakimiyyəti “TikTok” tətbiqinin istifadəçilərin məlumatlarının oğurlanması üçün istifadə edilməsindən şübhələnir.

ABŞ ordusunun nümayəndəsi Robin Oçao “TikTok” tətbiqini təhlükəsiz saymadıqlarını, buna görə də hərbçilərin xidməti telefonlarında “TikTok”dan istifadəyə icazə verilmədiyini bildirib. Bu barədə qərar ABŞ Müdafiə Nazirliyinin dekabrın 16-da bu sosial şəbəkə barədə xəbərdarlığından sonra qəbul edilib. R. Oçoa deyib ki, hərbçilər şəxsi mobil telefonlarında “TikTok”dan istifadə edə bilərlər. 

Paylaş

 Xəbəriniz olsun