ABŞ göstəriş verdi, İspaniya hərəkətə keçdi – Rusiyaya növbəti ŞOK

  • SpaceTV
  • 22 Fevral 2020 10:48

İspaniyada Rusiyanın dövlət işçisi polis tərəfindən həbs edilib.

SPACE TV xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. İddialara görə, rusiyalı qadın İspaniyada işlə bağlı səfəri zamanı saxlanılıb. Rusiya tərəfi qadının ABŞ-ın göstərişi ilə həbs edildiyini irəli sürür. Açıqlamaya görə, saxlanılan şəxs Rusiya hökumətinin İspaniyada mümkün kənd təsərrüfatı fəaliyyəti üçün araşdırmalar aparıb.

Üstəlik o, İspaniyada rəsmi qeydiyyatda olub. ABŞ tərəfi hələlik məsələyə münasibət bildirməyib. Rusiyalı qadının niyə saxlanıldığı hələlik açıqlanmayıb.

Paylaş

 Xəbəriniz olsun