ABŞ-dan sürpriz koronavirus xəbəri: Bu gün…

  • Space TV
  • 16 Mart 2020 11:00

ABŞ-da hazırlanan koronavirusa qarşı peyvənd ilk dəfə bu gün insan üzərində sınaqdan keçiriləcək.

SPACE TV xəbər verir ki, testin sağlam 45 yaşındakı bir şəxsə tətbiq olunacağını bildirən səlahiyyətlilər, bu şəxsə virus ötürülməsi riskinin olmadığını və testin yalnız peyvəndin yan təsirlərini sınayacağını bildiriblər.

Bu peyvənd “Covid-19”a yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulub. Mütəxəssislər hesab edir ki, koronavirusa yoluxan xəstələri sağalda biləcək peyvəndin hazırlanması üçün isə azı 8 ay vaxt lazımdır.

Hazırda koronavirus yayılmağa davam edərkən bir çox ölkə peyvəndlərin hazırlanması üçün səy göstərirlər.

Qeyd edək ki, koronavirus səbəbiylə dünya miqyasında 6 minə qədər insan həyatını itirib. 156 mindən çox insan virusa yoluxub.

Paylaş

 Xəbəriniz olsun