ABŞ-dan Rusiya qazına görə Avropa ölkələrinə xəbərdarlıq

  • SpaceTV
  • 13 Yanvar 2021 17:33

ABŞ Dövlət Departamenti “Şimal axını-2” layihəsinə dəstəyə görə tətbiq edilən mövcud sanksiyalar paketinin genişləndirilməsi barədə Avropa şirkətlərinə xəbərdarlıq edib.  

Bu barədə “Reuters”-ə məlumat verən qurum rəsmisi bildirib ki, ABŞ bəzi şirkətləri mövcud risklər barədə məlumatlandırmağa çalışır. Nə qədər ki, gec deyil, bu şirkətlər sözügedən layihə ilə bağlı öz mövqeyini dəyişməlidir. 

Xatırladaq ki, Dövlət Departamenti sonuncu dəfə ötən ilin oktyabr ayında “Şimal axını-2” üzrə sanksiyalar paketini genişləndirib. Qurumdan bildirilib ki, bu proses layihənin tam dayandırılmasınadək davam edəcək. 

Rusiya rəsmilərinin sözlərinə görə, layihə üzrə işlər artıq 93% tamamlanıb və yaxın gələcəkdə Avropa ölkələrinin dəstəyilə sona çatdırılacaq. 

Paylaş

 Xəbəriniz olsun