ABŞ-dan Rusiya, Çin və İrana XƏBƏRDARLIQ

  • Space TV
  • 27 Dekabr 2019 10:54

ABŞ Rusiya, Çin və İranın Ərəbistan dənizində keçirəcəyi təlimləri izləyəcək və sularda gəmilərin təhlükəsiz hərəkət etməsini təmin edəcək. 

“RİA Novosti” xəbər verir ki, məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

“Biz İran, Çin və Rusiyanın Ərəbistan dənizində keçirəcəkləri çoxtərəfli təlimlərdən məlumatlıyıq. Sözügedən ərazi sularında tərəfdaşlarımız və müttəfiqlərimizlə dəniz sularında daşınan malların təhlükəsizliyinə nəzarət olunacaq”, – Pentaqonun sözçüsü Şona Robertson bildirib.

Qeyd edək ki, dekabrın əvvəlində İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri Hüseyn Həndazi 27 dekabrda İran, Rusiya və Çinin “Dəniz təhlükəsizliyi kəməri” adlı hərbi təlimlər keçirəcəklərini açıqlamışdı.  

Paylaş

 Xəbəriniz olsun