ABŞ-dan İrana pulsuz 150 min porsiya peyvənd göndərilib

  • Space TV
  • 29 Dekabr 2020 16:09

ABŞ-dan xeyriyyəçilər İrana koronavirusa qarşı 150 000 porsiyalıq “Pfizer” peyvəndi göndəriblər.

Spacetv.az “Newsru.co”ya istinadən xəbər verir ki, bunu İran Qırmızı Aypara Cəmiyyətinin direktoru Kərim Himməti bildirib.

Onun sözlərinə görə, ABŞ-dan adı açıqlanmayan xeyriyyəçilərin göndərdikləri vaksini üç həftəyə alacaqlar.

K.Himməti deyib ki, Çin də İrana bir milyon porsiyalıq peyvənd bağışlayacağını açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun