ABŞ-dakı aksiyalara Yeni Zelandiyadan dəstək gəldi

  • SpaceTV
  • 1 İyun 2020 11:18

ABŞ-da afroamerikalı Corc Floydun polislər tərəfindən öldürülməsi Yeni Zelandiyada da etirazlarla qarşılanıb.

“Radio New Zealand” xəbər verir ki, etiraz aksiyası Yeni Zelandiyanın Oklend şəhərində keçirilib.

Nümayişdə iştirak edən sakinlər şəhərin mərkəzi küçələrindən ABŞ-ın Oklenddəki baş konsulluğunun binasına doğru yürüş təşkil ediblər.

Yürüş iştirakçıları ABŞ-da Corc Floydun öldürülməsinə etiraz edən insanlarla həmrəy olduqlarını bildiriblər, qaradərili icmaların davamlı təqibə məruz qalmasını pisləyiblər.

Paylaş

 Xəbəriniz olsun