ABŞ-da yenə sirli sütun peyda oldu: Bu dəfə dağın zirvəsində – FOTO

  • Space TV
  • 4 Dekabr 2020 10:56

ABŞ-da yenə sirli sütun peyda olub.

“Atascadero News” xəbər verir ki, bu dəfə sirli sütun Kaliforniya ştatında görünüb.

O, Ataskadero şəhərindəki Payn dağının başında tapılıb. Sütun üç tərəfli paslanmayan poladdan hazırlanıb və hündürlüyü üç metr, eni azı 46 santimetrdir.

Qəzetin qiymətləndirmələrinə görə, sütunun çəkisi 90 kiloqrama yaxındır. Obyektin dağın zirvəsində necə peyda olduğu məlum deyil, lakin yerli turist çərşənbə axşamı həmin yerdə monolit olmadığını deyib.

Noyabr ayının sonunda Rumıniyada Petrodava qalasının bir neçə metrliyində başqa bir sirli monolitin ortaya çıxdığı məlum olub. Daha sonra Rumıniya mətbuatı monolitin birdən yoxa çıxdığını yazdı.

Xatırladaq ki, ötən həftə ABŞ-ın Yuta ştatında səhranın ortasında da sirli sütün qəfil meydana çıxmış, sonra isə yoxa çıxmışdı.

Paylaş

 Xəbəriniz olsun