ABŞ-da yanğın dəhşəti: Kaliforniyadan təxminən 120 min insan təxliyyə edildi

  • Space TV
  • 22 Avqust 2020 11:03

ABŞ-ın Kaliforniya ştatında dəhşətli yanğın təhlükəsi ilə üzləşən 119 mindən çox sakin təxliyyə edilib.

Spacetv.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Hevin Nyusom öz “Twitter” səhifəsində yayımlanan mətbuat konfransında elan edib:

“Təxliyyə xəbərdarlıqlarına ciddi yanaşmaq lazımdır. Biz 119 min nəfərə bu barədə xəbər göndərdik”.

“Associated Press”in məlumatına görə, bu rəqəm artıq 140 mini keçib.

Qubernatorun sözlərinə görə, Kaliforniyanın şimalındakı yanğınların sayı 367-dən 560-a qədər artıb. 312 000 hektar ərazi külə dönüb. Yanğına qarşı mübarizə üçün 12 mindən çox yanğınsöndürən səfərbər edilib.

Nyusom 18 avqustda istilik dalğaları və yanğınlar səbəbilə fövqəladə vəziyyət elan edib.

Paylaş

 Xəbəriniz olsun