ABŞ-da koronavirus infeksiyasına yoluxanların və pandemiya qurbanlarının sayı yenidən artıb.
SPACE TV xəbər verir ki, Birləşmiş Ştatlarda 10 min 472 yeni yoluxma halı qeydə alınıb, 713 nəfər vəfat edib.
ABŞ-da COVİD-19 infeksiyasına ümumi yoluxma sayı 1 milyon 560 min 766 nəfərdir. Pandemiya qurbanlarının sayı isə artaraq 92 min 694-ə çatıb.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.