ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

  • Space TV
  • 31 Avqust 2020 11:25

ABŞ-ın Texas ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Spacetv.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Hadisə Hyuston şəhərinin 137 km şimal-qərbində yerləşən Brayn şəhərinin “Coulter Field” hava limanında baş verib.

Federal Mülkü Aviasiya İdarəsinin sözçüsü Linn Lansford bildirib ki, tək mühərrikli “Piper PA 24” tipli təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun