ABŞ-da son durum: Koronavirus ölüm sayına görə 3-cü xəstəlik oldu

  • SpaceTV
  • 2 Aprel 2020 11:21

Çində meydana gələrək bütün dünyaya gələn yeni növ koronavirus Covid-19 ABŞ-da ölümə səbəb olan xəstəliklər arasında 3-cü yerə yüksəlib.

SPACE TV xəbər verir ki, mart ayının əvvəlində bu xəstəlik sadəcə bir neçə ölümə səbəb olmuşdu və ABŞ-da ilk 15-likdə deyildi. Lakin martın 20-dən sonra virus sürətlə yayılmağa və ölümlərə səbəb olmağa başladı.

Martın 31-də ölkədə 748 insan koronavirusdan həyatını itirib. Bununla da, gündə 1774 ölümə səbəb olan ürək xəstəlikləri və gündə 1641 ölümlə nəticələnən xərçəngdən sonra 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, ABŞ hal-hazırda yoluxmaların sayına görə dünyada liderdir: 206 min 207. Virus səbəbindən ölənlərin sayı isə 4 min 542 olub.

Paylaş

 Xəbəriniz olsun