ABŞ-da silahlı insident

  • SpaceTV
  • 14 Avqust 2019 11:36

ABŞ-ın Kaliforniya ştatında polisin ölümü ilə nəticələnən silahlı insident baş verib.

Space.TV-məlumat verir ki, yerli polis idarəsinin yaydığı məlumata görə,   atışmada daha dörd nəfər yaralanıb. Onlardan ikisi hüquq mühafizə orqanlarının əməkdaşlarıdır. Polisi öldürən şəxs isə zərərsizləşdirilib.

Hadisə polisin avtomobili saxlayıb yoxlamasından sonra baş verib. Belə ki, sürücü gizlətdiyi silah vasitəsi ilə polisə bir neçə dəfə atəş açıb. Polis aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisə yerinə gələn üç polisdən ikisi isə güllə yarası alıb. Birinin vəziyyəti ağırdır. Bundan başqa iki mülki vətəndaş atışmada yaralanıb. Nəticədə hadisə yerinə çoxlu sayda güc strukturunun əməkdaşları cəlb edilib və cinayətkar zərərsizləşdirilib. 

Paylaş

 Xəbəriniz olsun