ABŞ-da prezidentliyə namizədlərin sonuncu debatı keçirildi

  • SpaceTV
  • 23 Oktyabr 2020 10:43

ABŞ prezidentliyinə namizəd olan Donald Tramp (respublikaçı) və Co Bayden (demokrat) arasında son debat keçirilib.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, debat Neşvill şəhərində keçirilib (Tennessi ştatı).

Siyasətçilərin görüşü 1,5 saatdan bir qədər çox çəkib.

Prezidentliyə namizədlərin bir-birinin sözünü kəsməməsi üçün təşkilatçıların onların mikrofonlarını söndürmək hüququ olub.

Namizədlərin görüşünün əsas mövzuları, gözlənildiyi kimi, koronavirusla mübarizə, milli təhlükəsizlik, immiqrasiya, irqçiliyə qarşı mübarizə və ABŞ seçkilərinə kənar müdaxilələrlə bağlı olub.

Paylaş

 Xəbəriniz olsun