ABŞ-da polislər odlu silahdan istifadə edərək daha bir qaradərilini öldürdü

  • Space TV
  • 1 Sentyabr 2020 12:07

ABŞ-ın Los-Anceles şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları afroamerikalı velosipedçiyə silahdan bir neçə dəfə atəş açaraq onu öldürüb.

Spacetv.az CBS News telekanalına istinadən xəbər verir ki, polislər velosiped sürən qaradərili kişini yol hərəkəti qaydalarını pozduğuna görə saxlamağa çalışsalar da, o, hadisə yerindən uzaqlaşaraq gizlənməyə cəhd göstərib.

Hadisədən bir neçə saat sonra qaradərili şəxsi saxlamaq mümkün olub.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata əsasən, saxlanılan zaman afroamerikalı polislərdən birini vurub və onun üstündə tapança olub. Məhz bu səbəbdən polis ona atəş açıb.

Qeyd olunur ki, baş verən qanlı olaydan dərhal sonra şəhər sakinləri etiraz aksiyasına başlayıblar.

Paylaş

 Xəbəriniz olsun