ABŞ-da polisin öldürdüyü afroamerikalı qadının ailəsinə 12 milyon dollar ödəniləcək

  • Space TV
  • 16 Sentyabr 2020 17:12

ABŞ-da mart ayında polis basqını zamanı öldürülən Breonna Teylorun ailəsi Luisvill şəhərinin hökumətindən 12 milyon dollar həcmində təzminat alacaq.

Spacetv.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Sözügedən məbləğin bu cür ölüm halı ilə bağlı verilən ən böyük məbləğ olduğu bildirilir.

Xatırladaq ki, tibb işçisi olan B.Teylor evinə daxil olan polis əməkdaşlarının açdığı atəş nəticəsində səkkiz güllə yarası alaraq ölüb.

Paylaş

 Xəbəriniz olsun