ABŞ-da koronavirusa yoluxanların sayı üç milyonu keçdi – SON STATİSTİKA

  • SpaceTV
  • 7 İyul 2020 10:16

Dünyada 11 744 397 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə space tv -ın onlayn statistikasında qeyd edilir.

Virusdan 540 764 nəfər ölüb, 6 740 096 xəstə sağalıb.

ABŞ-da koronavirusa yoluxanların sayı üç milyon nəfəri keçib və hazırda 3 040 833-ə bərabərdir. Bu ölkədə 132 979 nəfər COVID-19-un qurbanı olub.

Azərbaycanın şimal qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələri arasında ilk dördlüyə daxildir. RF-də koronavirusa yoluxan 687 862 nəfərin 10 296-sı ölüb.

Digər qonşularımızdan İranda 243 051, Türkiyədə 206 844, Ermənistanda 28 936, Gürcüstanda 953 yoluxma müşahidə edilir.

Azərbaycanda koronavirus 20 837 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 258 nəfəri həyatını itirib, 12 182 xəstə sağalıb.

Paylaş

 Xəbəriniz olsun