ABŞ-da koronavirus səbəbindən bu bölgə karantinə alındı

  • Space TV
  • 11 Mart 2020 10:11

Nyu-York valisi Andrev Kuomo koronavirusla mübarizə səbəbi ilə əyalətin şimalındakı Nyu-Roçilledə 1,6 kilometr uzunluğu olan bir sahədə karantin bölgəsi yaradıldığını açıqlayıb.

SPACE TV xəbər verir ki, təxminən 77 min sakini olan bölgədə beynəlxalq işçilər də xidmət göstərəcəklər. Onlar küçələrin təmizlənməsinə və sakinlərə qida paylanmasına yardım edəcəklər. Nyu-Yorkdan 40 kilometr uzaqlıqda olan bu bölgədə məktəb və ibadət yerləri 2 həftə müddətinə bağlı olacaq.

Nyu-Roçilledə virusu yayan şəxsin tez-tez sinaqoqa ibadət üçün gedən 50 yaşlarında bir kişinin olduğu düşünülür. Davamlı olaraq sinaqoqa gedən 1000-ə qədər sakin karantinə alınıb.

Hal-hazırda ABŞ-da koronavirusa yoluxma halı 981, virus nəticəsində həyatını itirənlərin sayı isə 30-dur.

Paylaş

 Xəbəriniz olsun