ABŞ-da kilsə yaxınlığında atışma: Ölən və yaralananlar var

  • Space TV
  • 9 Noyabr 2020 10:59

Şimali Karolina ştatının Hay Point şəhərində Baptist kilsəsinin qarşısında atışma baş verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Fox News” xəbər yayıb.

Hadisə yerində polis qaradərili bir kişinin meyitini aşkarlayıb, onun kimliyi açıqlanmır.

Daha bir neçə nəfər yaralanıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır, istintaa başlanılıb.

Paylaş

 Xəbəriniz olsun