ABŞ-da karantin qaydalarının uzadılmasına etiraz edən əhali küçələrə axışdı

  • Space TV
  • 20 Aprel 2020 14:42

ABŞ-da Prezident Donald Trampın tərəfdarlarının üstünlük təşkil etdiyi ştatlarda nümayişçilər koronavirusun yayılmasına qarşı tədbir və məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə küçələrə axışıblar.

“Anadolu” agentliyinin xəbərinə görə, etirazçılar paytaxt Vaşinqtonda Konqres binasının ətrafına toplaşıblar.

Onlar Vaşinqton valisi Cey İnslinin mayın 4-dək “evdə qal” çağırışına reaksiya veriblər.

Texasdakı etirazlardan sonra Tramp tərəfdarlarının əksəriyyət təşkil etdiyi ştatlarda, o cümlədən, Kolorado, Montana və Arizonada nümayişçilər küçələrə çıxıblar.

Etirazçıların maska ​​taxmadıqları və sosial məsafə qaydalarına əməl etmədikləri diqqət çəkib.

ABŞ prezidenti də tədbirlərin yüngülləşdirilməsini, iş yerlərinin açılmasını və iqtisadiyyatın canlanmasını istədiyini bildirib.

Onun “Twitter” hesabındakı paylaşımlarla etirazçıları dəstəkləməsi müzakirələrə səbəb olub.

Paylaş

 Xəbəriniz olsun