ABŞ-da kəskin soyuqlar nəticəsində 34 nəfər öldü

  • Space TV
  • 19 Fevral 2021 11:04

ABŞ-ın yeddi ştatında şaxtalı və pis hava şəraiti səbəbindən ölən insanların ümumi sayı 34-ə çatıb.

Bu barədə CBS telekanalı xəbər verib.

Son məlumata görə, ən çox ölüm sayı Texas ştatında qeydə alınıb, burada kəskin hava şəraiti ilə əlaqədar 20 nəfər həyatını itirib.

Qar fırtınası səbəbindən təxminən 300 min Texas sakini elektrik enerjisindən məhrum olub.

Texasda həmçinin pis hava şəraiti səbəbindən təxminən 2 300 daxili və xarici aviareys ləğv edilib.

Rəsmi məlumatda ştat ərazisinin böyük bir hissəsində hələ də anomal şaxtalı havanın hökm sürdüyü qeyd olunur.

Paylaş

 Xəbəriniz olsun