ABŞ-da İsraillə BƏƏ arasında müqavilə imzalanacaq

  • Space TV
  • 11 Sentyabr 2020 16:22

İsrailin baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşmasına dair müqavilənin təntənəli imzalanması üçün sentyabrın 13-də ABŞ-a səfər edəcək.

Spacetv.az İsrail KİV-ə istinadən xəbər verir ki, məlumatı hökumət başçısının dəftərxanası yayıb.

Qeyd edək ki, İsrailin nümayəndə heyəti avqustun 31-də ilk dəfə BƏƏ-yə rəsmi səfər edib. İsrailə məxsus hava şirkətinin təyyarəsi Səudiyyə Ərəbistanının hava məkanından ilk dəfə icazə alaraq BƏƏ-yə uçuş edib.

Paylaş

 Xəbəriniz olsun