ABŞ-da güclü qasırğa ilə əlaqədar yüz minlərlə insan təxliyə ediləcək

  • Space TV
  • 27 Avqust 2020 10:08

ABŞ-ın Texas və Luiziana ştatlarına güclü “Laura” qasırğası irəliləyir.

Spacetv.az “The New Yorks Times”-a istinadən xəbər verir ki, təbii fəlakətlə əlaqədar 585 min sakin təxliyə ediləcək.

Texasdan 385 min nəfərin, Luizianadan isə 200 min nəfərin təxliyəsi nəzərdə tutulub.

Bundan əlavə qeyd olunur ki, “Laura” qasırğası ABŞ-ın neft hasilatına son 15 ildə ən böyük təhlükə hesab edilir.

Paylaş

 Xəbəriniz olsun