ABŞ-da etirazçılar Konqres binasının qarşısına toplaşdılar

  • SpaceTV
  • 4 İyun 2020 10:28

ABŞ-da Corc Floydun öldürülməsinə etiraz edən aksiya iştirakçıları komendant saatının başlanmasına bir neçə saat qalmış Konqres binasının qarşısına toplaşıblar.

Bu baradə “RİA Novosti” məlumat yayıb.

Etirazçılar metal konstruksiya ilə əhatə olunmuş Konqres binasının qarşısında hökumət əleyhinə şüarlar səsləndirib.

Polisin baş verənlərə müdaxilə etmədiyi bildirilir.

Qeyd edək ki, Vaşinqtonda yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə bu səhər saat 07:00-da) komendant saatı başlayıb.

Xatırladaq ki, Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

Paylaş

 Xəbəriniz olsun